Xalq artisti Rəfael Dadaşovun anası torpağa tapşırılıb

Xalq artisti Rəfael Dadaşovun anası torpağa tapşırılıb Aktrisanı vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında dəfn ediblər
İncəsənət
189
31 İyul , 2015 10:47
Xalq artisti Rəfael Dadaşovun anası torpağa tapşırılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Naxçıvan Dövlət Dram Teatrının aktrisası Sofiya Hüseynova torpağa tapşırılıb.

Bu barədə "Report"a Naxçıvan Dövlət Dram Teatrının direktoru Rza Xudiyev məlumat verib.

O bildirib ki, S.Hüseynova vəsiyyətinə uyğun olaraq, Naxçıvan şəhər qəbiristanlığında dəfn edilib. Mərhum aktrisa həyat yoldaşı - uzun illər Naxçıvan Teatrında baş inzibatçı vəzifəsində çalışmış Maqsud Hüseynovun yanında dəfn edilib: "Sofiya xanımın oğlu, xalq artisti Rəfael Dadaşovun Naxçıvana gəlməsini gözləyirdik. Axşam saatlarında Rəfael Dadaşov gəldi və anası ilə vidalaşandan sonra, mərhum aktrisamızı torpağa tapşırdıq".

Qeyd edək ki, S.Hüseynovanın ikinci oğlu Rövşən Hüseynov Naxçıvan Teatrının aktyoru, Azərbaycanın xalq artistidir. 

Son xəbərlər

Orphus sistemi