Xalq artisti Ramiz Məmmədov: "Ayda cəmi bir tamaşada çıxış edirəm"

Xalq artisti Ramiz Məmmədov: "Ayda cəmi bir tamaşada çıxış edirəm" "Aktyorluq həmişə asılı sənət olub"
İncəsənət
1197
6 Oktyabr , 2017 17:35
Xalq artisti Ramiz Məmmədov: Ayda cəmi bir tamaşada çıxış edirəm

Bakı. 6 oktyabr. REPORT.AZ/  "Əvvəllər 60 yaşındakı aktrisalar 18-20 yaşlı qızı canlandırırdılar. Aktyor yaşlandıqca ona uyğun rollar azalır. Mən ayda bir tamaşada çıxış edirəm . Artıq yaş öz sözünü deyir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, xalq artisti Ramiz Məmmədov deyib.

"Düzdür, əvvəllər 60 yaşındakı aktrisalar 18-20 yaşlı qızı canlandırırdılar, ancaq tamaşaçı bunu qəbul etmirdi. Çox rollar oynamışam, bilmirəm mənim oynadığım rolları onlar oynaya biləcək ya yox. İnanıram ki, gənclər üçün teatrın vəziyyəti gələcəkdə daha yaxşı olacaq. Yavaş-yavaş teatrlar özəl sistemə keçəcəklər. Özləri qazanıb, özləri xərcləyəcək. Hələ ki, dövlət saxlayır. Tamaşaçıdan da çox şey asılıdır, gərək tamaşaçı dəstəkləsin ki, tamaşalar da yaxşı olsun", - xalq artisti bildirib.

O, seriallara dəvət almamasının səbəbini qonorarın az verilməsi ilə əlaqələndirib: "Aktyorluq həmişə asılı sənət olub. Rol versələr ifa edəcəyik, verməsələr də oturub qəzetimizi oxuyacağıq. Seriallara dəvət almıram. Bəlkə, qonorar az verirlər deyə utanırlar ki, xalq artistini bu qonorara çağırmaq düzgün deyil, bəlkə də, münasib rol yoxdur".

Son xəbərlər

Orphus sistemi