​Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib

​Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib Aktrisa 65 yaşında vəfat edib
İncəsənət
141
10 Oktyabr , 2015 08:02
​Xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Oktyabrın 10-da Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə aktyor Əjdər Dadaşov öz "Facebook" səhifəsində yazıb.

Nuriyyə Əhmədova 1950-ci il 26 dekabrda Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi