Xalq artisti İlham Əsgərovun vəfatından bir il ötür

Xalq artisti İlham Əsgərovun vəfatından bir il ötür Mərhum aktyorun yas mərasimi sentyabrın 5-də keçiriləcək
İncəsənət
30 Avqust , 2016 13:39
Xalq artisti İlham Əsgərovun vəfatından bir il ötür

Bakı. 30 avqust. REPORT.AZ/ Sentyabrın 6-da Azərbaycanın xalq artisti İlham Əsgərovun vəfatının bir ili tamam olur. Mərhum aktyorun "il" mərasimi sentyabrın 5-də keçiriləcək.

Bu barədə "Report"a İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova məlumat verib.

"Sentyabrın 5-də ailə üzvlərimiz, qohumlar, İlhamın dostları Masallının Xoşçobanlı kəndinə yığışacaq. Əvvəlcə İlhamın məzarını ziyarət edəcəyik. Daha sonra hüzr mərasimi olacaq. Ailəsi olaraq, İlhamın məzarını tez-tez ziyarət edirik. Bir il tamam olur. Onun yoxluğuna hələ də inanmırıq", - Y.Əsgərova əlavə edib.

Xatırladaq ki, xalq artisti İlham Əsgərov 2015-ci il sentyabrın 6-da vəfat edib.

Son xəbərlər

Orphus sistemi