Xalq artisti Arif Məlikov vəfat edib

Xalq artisti Arif Məlikov vəfat edib Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək
İncəsənət
9 May , 2019 12:20
Xalq artisti Arif Məlikov vəfat edib

Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Bu barədə “Report”a Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli məlumat verib.

O bildirib ki, hazırda vida mərasimi və dəfn üçün hazırlıqlar görülür.

"Bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında Arif Məlikovla vida mərasimi keçiriləcək", - deyə F.Bədəlbəyli əlavə edib.

Qeyd edək ki, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. O, 1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb. 1998-ci ildə "İstiqlal", 2013-cü ildə "Heydər Əliyev" ordeni, 2018-ci ildə isə "Şöhrət" orden ilə təltif olunub. O, 1965-ci ildə Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Son xəbərlər

Orphus sistemi