Xalça Muzeyinin fonduna daxil olan ən dəyərli eksponatlar ictimaiyyətə təqdim edilib - FOTO

Xalça Muzeyinin fonduna daxil olan ən dəyərli eksponatlar ictimaiyyətə təqdim edilib - FOTO Sərgidə XVII əsrin sonu XIX əsrin əvvəllərində toxunmuş "Şamaxı" xalçası da nümayiş olunub
İncəsənət
16 Noyabr , 2017 19:34
Xalça Muzeyinin fonduna daxil olan ən dəyərli eksponatlar ictimaiyyətə təqdim edilib - FOTO
Report/Orxan Əzim

Bakı. 16 noyabr. REPORT.AZ/ Xalça Muzeyinin fonduna daxil olan ən dəyərli eksponatlar ictimaiyyətə təqdim olunub.

"Report" xəbər verir ki, kolleksiyanın nümayişində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ictimai və mədəni xadimlər, xarici qonaqlar iştirak edib.

Nazir çıxışında bildirib ki, Azərbaycan insanının həyatını xalçasız təsəvvür etmək çətindir: "Xalça bizim mədəniyyət təfəkkürümüzün ayrılmaz hissəsidir. Azərbaycan xalçası artıq bizim tərəfimizdən dünya muzeylərində və ya məşhur kolleksionerlərin kolleksiyasında saxlanılmaqla bərabər böyük elmi tədqiqatların mövzusuna çevrilib. Bu gün nəşr olunan kitablar Azərbaycan xalçasını elmi kateqoriyaya daxil edib. Bu özü böyük bir nailiyyətdir".

Sərgidə son iki il ərzində əldə edilmiş incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyimlər və XVII əsrin sonu XIX əsrin əvvəllərində Şirvanda toxunmuş böyük dəyərə malik "Şamaxı" xalçası da nümayiş olunub.

Sonda nazir Prezident İlham Əliyev tərəfindən sərəncamla fəxri adlara layiq görülən şəxslərə mükafatları təqdim edib.

Son xəbərlər

Orphus sistemi