Xalça Muzeyi Novruz çərşənbələrində ziyarətçilərinə xüsusi proqram təqdim edəcək

Xalça Muzeyi Novruz çərşənbələrində ziyarətçilərinə xüsusi proqram təqdim edəcək Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olacaq
İncəsənət
27 Fevral , 2018 13:00
Xalça Muzeyi Novruz çərşənbələrində ziyarətçilərinə xüsusi proqram təqdim edəcək
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyi Novruz bayramının hər bir çərşənbəsində ziyarətçilərinə xüsusi proqram təqdim edəcək.

Muzeydən "Report"a verilən məlumata görə, tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olacaq. 

Eyni zamanda Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən şagirdlər rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirəcəklər. 

“Öyrən və əylən” rubrikasında uşaqlara Novruz bayramından əvvəl xalqımızın qeyd etdiyi dörd çərşənbənin hər birinin özəlliyi, ifadə etdiyi mənalarla bağlı maraqlı məlumatlar təqdim olunacaq. Bu, Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini, zəngin adət-ənənələrini gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.

Bununla yanaşı, 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində martın 3-4-də Muzeyin Uşaq muzeyi şöbəsi tərəfindən hazırlanan xüsusi proqram təşkil ediləcək. Qadınlara hədiyyə hazırlamaq üzrə ustad dərsləri keçiriləcək, iştirakçılara müxtəlif hədiyyə və suvenirlərin hazırlanması öyrədiləcək. 

Son xəbərlər

Orphus sistemi