"Vikipediya"da Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilən müsabiqə keçirilir

"Vikipediya"da Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilən müsabiqə keçirilir Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan dilindəki Vikipediyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məqalə müsabiqəsi elan edilib.
İncəsənət
1 May , 2018 11:32
Vikipediyada Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilən müsabiqə keçirilir

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan dilindəki "Vikipediya"da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən məqalə müsabiqəsi elan edilib. 

Bu barədə "Report"a “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin sədri və Azərbaycan vikimediaçıları istifadəçi qrupunun rəhbəri Elgün Atalıyev məlumat verib.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkə və xalq üçün çox əlamətdar bir hadisə olduğu üçün may ayında məhz bu mövzuya həsr edilən məqalə müsabiqəsinin keçirilməsinə qərar verilib.

Müsabiqə mayın 1-də başlayıb və 31-dək davam edəcək. Bu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin tarixində rolu olan şəxslər, hadisələr, qurumlar və s. müxtəlif mövzular barədə "Vikipediya" məqalələri yaradılacaq, mövcud məqalələr isə təkmilləşdiriləcək. Yaradılması və təkmilləşdirilməsi tövsiyə olunan məqalələrin siyahısı hazırlanaraq "Vikipediya"da yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vikimediaçıları istifadəçi qrupu 2014-cü ilin oktyabr ayından etibarən hər ay Azərbaycan dilində "Vikipediya"da müxtəlif mövzularda məqalə müsabiqələri təşkil edir və qalibləri mükafatlandırır. "Vikipediya"da redaktə etmək və məqalə yazmağın sərbəst olmasını nəzərə alaraq, bu müsabiqələrdə hər kəs, o cümlədən, əvvəllər "Vikipediya"ya heç bir töhfə verməmiş şəxslər də azad şəkildə iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi