Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert keçirilib 

Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert keçirilib  Görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasını 82-ci ildönümünə həsr edilən konsert keçirilib.
İncəsənət
17 Mart , 2022 16:38
Vaqif Mustafazadənin xatirəsinə həsr edilən konsert keçirilib 

Görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasını 82-ci ildönümünə həsr edilən konsert keçirilib.

"Report" xəbər verir ki, konsert ADA Universiteti və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

“Vaqif Mustafazadə və Uillis Konnover” mövzusunda keçirilən tədbirdə dahi bəstəkar Vaqif Mustafazadənin keçdiyi yaradıcılıq yoluna nəzər salınıb, “Amerikanın səsi” radiosunda 40 ildən çox “Caz saatı” verilişinin aparıcısı olmuş Uillis Konnoverin Vaqif Mustafazadəyə həsr etdiyi verilişlərdən bəhs olunub.

Həmçinin, Azərbaycan musiqiçilərinin ifasında Amerika caz musiqi nümunələri və Vaqif Mustafazadənin əsasını qoyduğu caz-muğam üslubunda kompozisiyalar səsləndirilib.

Son xəbərlər

Orphus sistemi