Üzeyir Hacıbəylinin Fəxri xiyabandakı məzarı ziyarət olunub

Üzeyir Hacıbəylinin Fəxri xiyabandakı məzarı ziyarət olunub Dahi bəstəkarın ölümündən 67 il ötür
İncəsənət
130
23 Noyabr , 2015 15:15
Üzeyir Hacıbəylinin Fəxri xiyabandakı məzarı ziyarət olunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan professional musiqisinin banisi, SSRİ xalq artisti, dahi bəstəkar, görkəmli ictimai xadim Üzeyir bəy Hacıbəylinin anım günüdür.

"Report" xəbər verir ki, bu münasibətlə Üzeyir Hacıbəylinin ev muzeyinin kollektivi dahi bəstəkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Anım günü münasibətilə Üzeyir bəyin ev-muzeyində tədbir keçiriləcək. Tədbirdə Üzeyir Hacıbəyli irsinin araşdırıcıları, musiqiçilər, vokal artistləri iştirak edəcək.

Xatırladaq ki, Üzeyir bəy Hacıbəyli 1948-ci il noyabrın 23-də dünyasını dəyişib. Dahi bəstəkarın ölümündən 67 il ötür. 

Son xəbərlər

Orphus sistemi