Üzeyir Hacıbəylinin ev muzeyinin yaradılmasının 40 illiyi qeyd olunacaq

Üzeyir Hacıbəylinin ev muzeyinin yaradılmasının 40 illiyi qeyd olunacaq Tədbir noyabrın 20-də dahi bəstəkarın mənzil muzeyində baş tutacaq
İncəsənət
13 Oktyabr , 2015 15:23
Üzeyir Hacıbəylinin ev muzeyinin yaradılmasının 40 illiyi qeyd olunacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, pedaqoq və ictimai xadim, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev muzeyində yubiley tədbiri keçiriləcək.

Bu barədə "Report"a muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov məlumat verib.

Onun sözlərinə görə, tədbir noyabrın 20-də keçiriləcək: "Dahi Üzeyir bəyin ev muzeyi 1975-ci il noyabrın 20-də açılıb. Bu il muzeyimizin yaradılmasından 40 il ötür. Noyabrın 20-də muzeydə yubiley tədbiri keçirəcəyik. Noyabrın 23-ü isə Üzeyir bəyin dünyadan köçdüyü gündür. İki tədbiri birlikdə qeyd etməyi düşünürük".

Qeyd edək ki, hazırda muzey kimi fəaliyyət göstərən evdə dahi bəstəkar 27 il yaşayıb. 1942-ci ildə sovet hökuməti Nizami Gəncəvinin heykəlinin arxasındakı Monolit adlanan binadan Üzeyir bəy Hacıbəyliyə mənzil verib. Üzeyir bəy "Monolit"də ömrünün sonunadək, 1948-ci il noyabrın 23-dək yaşayıb.

Son xəbərlər

Orphus sistemi