Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün
"Report" xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini
Bildirilib ki, bu gün görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə geniş tədbirlərin keçirilməsi planlaşdırılır.
Festival, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın "Koroğlu" operasından uvertüranın səslənməsi ilə açıq elan edilib.
Gecədə Azərbaycan Dövlət xor kapellası, Opera və Balet Teatrının balet truppası, Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Musiqili Teatrının ifasında maraqlı konsert proqramı təqdim olunub.
Festival sentyabrın 28-dək davam edəcək.





