Uşaqların sevimli nağıl qəhrəmanları Bakıya gəlir

Uşaqların sevimli nağıl qəhrəmanları Bakıya gəlir "Çippolino" və "Çəkməli Pişik" Rus Dram Teatrında qonaq olacaq
İncəsənət
22 Yanvar , 2015 10:24
Uşaqların sevimli nağıl qəhrəmanları Bakıya gəlir

Bakı. 22 yanvar. REPORT.AZ/ Məktəblilərin yaz tətili günləri və Novruz bayramı münasibətilə Moskvanın tanınmış aktyorları Bakıya qonaq gələcək. Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində tanınmış rus aktyorlarının ifasında "Çippolinonun macəraları" və "Çəkməli Pişik" adlı uşaq nağıl tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, bu məlumatı Rus Dram Teatrının mətbuat xidməti yayıb.

Hər iki tamaşa 20, 21 və 22 mart tarixlərində Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq. Tamaşalar 12.00 və 15.00 saatlarında təqdim ediləcək.

Biletlərin qiyməti 12-20 manatdır. 

Son xəbərlər

Orphus sistemi