“Ürəyində arzu tut” Mingəçevir Teatrının səhnəsində tamaşaya qoyulacaq

“Ürəyində arzu tut” Mingəçevir Teatrının səhnəsində tamaşaya qoyulacaq Qarabağ müharibəsindən bəhs edən tamaşanın məşqlərinə başlanıb
İncəsənət
12 Aprel , 2016 18:38
“Ürəyində arzu tut” Mingəçevir Teatrının səhnəsində tamaşaya qoyulacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” adlı pyesinin səhnə təcəssümü üzərində çalışmalar aparır.

Bu barədə “Report”a Mingəçevir Dövlət Dram Teatrından bildirilib.

Məlumata görə, tamaşada xalqımızın qanlı-qadalı müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yolu, bu müharibənin törətdiyi acı nəticələr göstərilməklə yanaşı, eyni zamanda ümumən tariximizin mühüm bir mərhələsi haqqında, həyatın, varlığın vacib problemləri haqqında çox ciddi mətləblər ifadə olunur. Bu tamaşa yalnız müharibənin vurduğu yaraların təsviri ilə kifayətlənmir, eyni zamanda xalqımızı bu gündə maraqlandıran və məşğul edən bir sıra siyasi-ictimai, əxlaqi və mənəvi məsələlərin bədii inikasını ön plana çıxarıır.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Xəzər Gəncəlidir.

Tamaşada quruluşçu rəssam Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor köməkçisi Xəyalə Qəmbərovadan ibarət yaradıcı heyət çalışır. Tamaşada əsas rolları, əməkdar artist Ella Yaqubova, artistlər Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Asim Əmirov, Nargilə Abdullayeva, Aytən Allahverdiyeva, Firuz Hacıyev, Paşa Salmanov və başqaları ifa edir.

Tamaşa geniş tamaşaçı auditoriyasına, eləcə də hərbi bölgələrdə nümayiş etdirilmək üçün nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi