Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin məşhur müğənnisi Murad Boz və aktyor Alper Kul Bakıya gələcək.
Bu barədə "Report"a Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova məlumat verib.
Arzu Əhədova bildirib ki, dekabrın 20-də türk aktyoru Alper Kulun Nizami Kino Mərkəzində imza günü keçiriləcək. Aktyor Bakıya yeni filminin qala-gecəsində iştirak etmək üçün gələcək. İmza günündən sonra yalnız mətbuat nümayəndələri üçün filmin nümayişi olacaq.
Dekabrın 22-də isə müğənni Murad Boz baş rolunda çəkildiyi "Hadi İnşallah" filminin qala-gecəsində iştirak etmək üçün Nizami Kino Mərkəzində olacaq.
Bundan başqa, yeni ildə sevilən türk aktyoru, tamaşaçıların "Möhtəşəm Yüzil" serialında Malkoçoğlu Bali bəy kimi tanıdıqları Burak Özçivit də Bakıya gələcək.


