Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış aktyoru vəfat edib Aktyor 72 yaşında xəstəxanada dünyasını dəyişib
İncəsənət
19 Aprel , 2017 10:44
Türkiyənin tanınmış aktyoru vəfat edib

Bakı. 19 aprel. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru Bülent Kayabaş vəfat edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bir müddətdir ağciyərində yaranan xəstəlikdən müalicə olunan aktyor 72 yaşında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, B.Kayabaş 1945-ci ildə Eskişehirdə anadan olub. 1961-ci ildə Eskişehir Belediye Teatrında professional teatr aktyoru kimi fəaliyyətə başlayıb. Birçox tamaşalarda, filmlərdə və seriallarda rol alıb. 

Son xəbərlər

Orphus sistemi