Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyənin məşhur aktyoru vəfat edib Tevfik Şen 75 yaşında dünyasını dəyişib
İncəsənət
3 Oktyabr , 2017 12:11
Türkiyənin məşhur aktyoru vəfat edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Türkiyənin məşhur aktyoru Tevfik Şen vəfat edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib. 

Aktyor qaraciyər xəstəliyindən əziyyət çəkirmiş və 6 aydır müalicə olunurmuş. 

Qeyd edək ki, T.Şenin kino karyerası 1969-cu ildə çəkildiyi "Dönüşü Olmayan Yol" filmi ilə başlayıb. Aktyor ekran əsərlərində daha çox mənfi obrazlar ifa edib. Cüneyt Arkın, Kemal Sunal, Sadri Alışık, Kadir İnanır, Fatma Girik ve Türkan Şorayın ifa etdiyi iki yüzə qədər filmdə həm rol alıb, həm də görüntü rejissorluğu edib. 

Son xəbərlər

Orphus sistemi