Türkiyənin 88 yaşlı aktrisası çarpayıdan yıxılaraq ölüb

Türkiyənin 88 yaşlı aktrisası çarpayıdan yıxılaraq ölüb Nemət Alp son illər qocalar evində yaşayırmış
İncəsənət
22 Mart , 2017 17:27
Türkiyənin 88 yaşlı aktrisası çarpayıdan yıxılaraq ölüb

Bakı. 22 mart. REPORT.AZ/ Türkiyənin məşhur aktrisası Nemət Alp 88 yaşında dünaysını dəyişib.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Mezitli rayonunda yerləşən qocalar evində çarpayıdan yıxılaraq ölüb. 

Çarpayıdan yıxılması nəticəsində zədə alan N.Alp xəstəxanaya aparılarkən yolda vəfat edib. 

Sənətçinin ölmü ilə bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, N.Alp 1950-ci illərdən filmlərə çəkilib. O, "Gecəkondu yosması", "Yetim yavrular", "Çalsın sazlar, oynasın kızlar" və s. ekran əsərlərində rol alıb. Aktrisa son illər qocalar evində yaşayırmış.

Son xəbərlər

Orphus sistemi