Türkiyəli sənətçi İbrahim Erkalın ölümü ilə əlaqədar aparılan cinayət işi başa çatıb

Türkiyəli sənətçi İbrahim Erkalın ölümü ilə əlaqədar aparılan cinayət işi başa çatıb Bakı. 7 noyabr. REPORT.AZ/ Türkiyəli sənətçi İbrahim Erkalın ölümü ilə əlaqədar aparılan cinayət işi başa çatıb.
İncəsənət
7 Noyabr , 2017 14:32
Türkiyəli sənətçi İbrahim Erkalın ölümü ilə əlaqədar aparılan cinayət işi başa çatıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Türkiyəli sənətçi İbrahim Erkalın ölümü ilə əlaqədar aparılan cinayət işi başa çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərarda İ.Erkalın beyin qanaması keçirərək müvazinətsiz şəkildə yerə yıxıldığı və başının yerə dəyməsi nəticəsində kəllə sümüyünün qırığı ilə bərabər, beyin qanaması nəticəsində öldüyü göstərilib.

Qeyd edək ki, sənətçi aprelin 12-də evinin avtoparkında huşsuz halda tapıldıqdan sonra özəl bir xəstəxanaya yerləşdirilib. Daha sonra ailəsinin istəyi ilə onu Ümraniye xəstəxanasına köçürüblər. Həkimlərin səylərinə baxmayaraq, İbrahim Erkal mayın 11-də həmin xəstəxanada vəfat edib.

Son xəbərlər

Orphus sistemi