Türkiyəli opera ifaçısı Oya Ergün evində konsert verib

Türkiyəli opera ifaçısı Oya Ergün evində konsert verib Oya Ergünü pianinoda Nərgiz Əliyeva müşayiət edib
İncəsənət
30 Oktyabr , 2017 19:07
Türkiyəli opera ifaçısı Oya Ergün evində konsert verib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Türkiyənin opera və vokal sənətçisi Oya Ergün evində konsert proqramı ilə çıxış edib.

"Report" xəbər verir ki, Oya Ergün Avropa ölkələrində evdə konsert verməyin adət olduğunu deyib: "Mən sənətsevərləri evimdə görməkdən məmnunam və gözəl zaman keçirdiklərinə əminəm. Artıq evimdə hər ay konsert verməyi düşünürəm".

Qeyd edək ki, gecədə Toğrul Məmmədov skripka, Natavan Həsənova isə kanon ifa edib. Oya Ergünü pianinoda Nərgiz Əliyeva müşayiət edib.

Xatırladaq ki, opera ifaçısı Hollandiya, Belçika, Almaniya, Fransa və İtaliyada konsert proqramı ilə çıxış edib. Dəfələrlə Azərbaycanda konsert verən Oya Ergün bu dəfə isə noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında kimsəsiz uşaqlara həsr edilən konsertlə tamaşaçılarının qarşısına çıxacaq.

Son xəbərlər

Orphus sistemi