Türkdilli ölkələrin Gənclik Kamera Xoru yaradılır

Türkdilli ölkələrin Gənclik Kamera Xoru yaradılır Kamera Xoru TÜRKSOY-un təşəbbüsü ilə Ankarada fəaliyyətə başlayacaq
İncəsənət
100
9 İyun , 2015 15:14
Türkdilli ölkələrin Gənclik Kamera Xoru yaradılır

Bakı.9 iyun. REPORT.AZ/ Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təşəbbüsü ilə iyun ayında Ankarada türkdilli ölkələrin Gənclik Kamera Xorunun yaradılması planlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Başqırdıstandan gənc ifaçılar iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə iyunun 13 və 16-da layihədə iştirak edəcək Azərbaycan ifaçıları Ankaraya səfər edəcək.

Türkdilli ölkələrin Gənclik Kamera Xorunun tərkibində iştirak edəcək heyətə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Dilarə Mahmudova, Fatimə Cəfərzadə, Aysel Qəmbərli, Taleh Yəhyayev, Mahir Tağızadə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Emin Zeynallı, Əlisafa Abbasov və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Kamilla Heydərova daxildir.

Son xəbərlər

Orphus sistemi