Türkdilli ölkə teatrlarının iştirakı ilə “Teatr Baharı- 2017” festivalı keçiriləcək

Türkdilli ölkə teatrlarının iştirakı ilə “Teatr Baharı- 2017” festivalı keçiriləcək İrəvan Dövlət Azərbaycan Dram Teatr festivalda “Molla Nəsrəddin evlənir...” tamaşası ilə çıxış edəcək
İncəsənət
8 Aprel , 2017 11:37
Türkdilli ölkə teatrlarının iştirakı ilə “Teatr Baharı- 2017” festivalı keçiriləcək

Bakı. 8 aprel. REPORT.AZ/ TÜRKSOY və Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə aprelin 18-dən 21-dək Türküstan şəhərində türk dünyası teatrlarının iştirakı ilə “Teatr Baharı- 2017” teatr festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festivalın məqsədi Türk xalqlarının dostluq və qardaşlıq ənənələrini yaşatmaq, bu xalqları birləşdirən qeyri-maddi mədəni irs nümunələrini nəsildən-nəslə ötürməkdir.

Festivalda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Xaqani Əliyevin quruluşunda hazırlanan “Molla Nəsrəddin evlənir...” tamaşası ilə çıxış edəcək.

Tamaşanın  quruluşçu rəssamı Vahid Mürsəliyev olan səhnə əsərinin xoreoqrafı Ramiq Nəsirov, rejissor assistenti Samirə Hacıyevadır.

Komediya janrında olan tamaşada rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Əhliman Ərşadlı, Zülfiyyə Eldarqızı, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Rövşən Cəfərov, Tural Tahir və Emin Sevdiməliyev ifa edəcək.

Türk xalqlarının “Dədə Qorqud” eposu və “Koroğlu” dastanı kimi şərikli mədəni irs nümunəsi olan və bu dastanlar qədər əhəmiyyət daşıyan Molla Nəsrəddin irsinin dəyərləri ilə birlikdə qoruyub yaşatmaqla gələcək nəsillərə ötürülməli olduğunun vacibliyini anlayaraq hazırlanmış bu tamaşa, bəşəriyyəti güldürə-güldürə düşünməyə məcbur edən Molla Nəsrəddin lətifələrinin motivləri əsasında səhnələşdirilib.

Son xəbərlər

Orphus sistemi