Tofiq Hüseynov: "Hələlik xəstəxanadayam, evə nə zaman gedəcəyimi bilmirəm"

Tofiq Hüseynov: "Hələlik xəstəxanadayam, evə nə zaman gedəcəyimi bilmirəm" "Müalicəm yaxşı gedir, gündən-günə yaxşılaşıram"
İncəsənət
13 May , 2016 17:51
Tofiq Hüseynov: Hələlik xəstəxanadayam, evə nə zaman gedəcəyimi bilmirəm

Bakı. 13 may. REPORT.AZ/ Səhhətində yaranan problemlərə görə cərrahiyyə əməliyyatı keçirən Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Tofiq Hüseynovun vəziyyəti qənaətbəxşdir. 

Aktyor "Report"a açıqlamasında bildirib ki, hazırda Milli Onkologiya Mərkəzində müalicəsini davam etdirir. 

O qeyd edib ki, əməliyyatdan sonra özünü normal hiss edir: "Hələlik xəstəxanada həkimlərin "qonağıyam". Evə getməyə nə zaman icazə verəcəklərini bilmirəm. Müalicəm yaxşı gedir, gündən-günə yaxşılaşıram. Həkimlər mənə yaxşı baxırlar. Dostlar, tanışlar məni unutmur, yanıma gəlirlər. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram".

Son xəbərlər

Orphus sistemi