Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar hadisələrinin 26-cı ildönümü anılacaq

Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar hadisələrinin 26-cı ildönümü anılacaq Tədbir yanvarın 19-da keçiriləcək
İncəsənət
15 Yanvar , 2016 21:13
Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar hadisələrinin 26-cı ildönümü anılacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi də hər il olduğu kimi, 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutaraq yanvarın 19-da saat 14:00-da “20 Yanvar-Qan yaddaşımızdır” adlı tədbir keçirəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Teatr Muzeyi yayıb. Tədbirdə professor Məhəmməd Teymurlu və professor, yazıçı Vaqif Sultanlı qanlı şənbə hadisələrindən söhbət açacaq, faciə qurbanları haqqında xatirələrini danışacaq.

Qeyd edək ki, "Aytam” Uşaqların və Gənclərin Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrinin ifasında musiqi kompozisiyası səslənəcək.

Tədbirdə şəhər muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbə heyəti, 200 nömrəli məktəbin bir qrup müəllim və şagirdləri, bir sıra mətbuat nümayəndələri iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi