Tbilisidəki Heydər Əliyev Teatrı üçün iki torpaq sahəsi ayrılıb

Tbilisidəki Heydər Əliyev Teatrı üçün iki torpaq sahəsi ayrılıb Tbilisi. 26 dekabr. REPORT.AZ/ Tbilisidəki Heydər Əliyev adına Teatr üçün yeni binanın tikintisi məqsədilə iki yerdə torpaq sahəsi ayrılıb.
İncəsənət
26 Dekabr , 2017 21:25
Tbilisidəki Heydər Əliyev Teatrı üçün iki torpaq sahəsi ayrılıb

Tbilisi. 26 dekabr. REPORT.AZ/ Tbilisidəki Heydər Əliyev adına Teatr üçün yeni binanın tikintisi məqsədilə iki yerdə torpaq sahəsi ayrılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gurcüstanın mədəniyyət və idman naziri Mixail Georgadze söyləyib.

O deyib: "Teatr üçün yeni bina tikilməlidir. Bu məqsədlə Tbilisinin mərkəzində, Azərbaycan səfirliyinə yaxın yerdə iki torpaq sahəsi ayrılıb. SOCAR şirkəti də yeni binanın tikintisinə razılıq verib. Hazırda Azərbaycan tərəfi ilə bu istiqamətdə danişıqlar gedir. Düşünürəm ki, yaxın vaxtlarda torpaq sahəsi seçiləcək və tikintiyə başlanılacaq".

Son xəbərlər

Orphus sistemi