Tbilisidə Azərbaycan rəssamlarının əsərlərinin sərgisi açılıb - FOTO

Tbilisidə Azərbaycan rəssamlarının əsərlərinin sərgisi açılıb - FOTO Novruz bayramına həsr olunmuş sərgidə Gurcüstanda yaşayan azərbaycanlı rəssamların 49 əsəri nümayiş etdirilib
İncəsənət
22 Mart , 2018 22:24
Tbilisidə Azərbaycan rəssamlarının əsərlərinin sərgisi açılıb - FOTO

Tbilisi. 22 mart. REPORT.AZ/ Tbilisidəki Ədəbiyyat Muzeyində tanınmış azərbaycanlı rəssamlar Rizvan İsmayıl, Əli Əliyev, Azər Musayev və Rasim Həsənovun çəkdikləri rəsm əsərlərindən ibarət "Palitra-inteqrasiya" adlı sərgisi açılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, sərgi Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin, Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin, Marneuli və Qardabani rayon meriyalarının birgə təşəbbüsü və dəstəyi, Marneulidəki "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı ilə keçirilib.

Novruz bayramına həsr olunmuş sərgidə Gurcüstanda yaşayan azərbaycanlı rəssamların 49 əsəri nümayiş etdirilib.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili tədbirdə çıxış edərək azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, rəssamların əsərlərinin sərgisinin təşkili mədəniyyətin inkişafı ilə yanaşı, azərbaycanlıların inteqrasiyasında da mühüm rol oynayır.

Nazirin sözlərinə görə, rəssamların əsərlərindəki çox çeşidlilik xalqlarimizın mədəni zənginliyini əks etdirir.

İnkisaf və tərəqqi mərkəzinin ditektoru Emin Əhmədov və başqaları çıxış edərək sərginin əhəmiyiətindən danışıb, bu cür tədbirlərin daha çox təşkil olunmasının vacibliyini qeyd ediblər.

Tədbirdə Gurcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycan səfirliyinin məsul əməkdaşları, elm, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi