Tarzən Həmid Vəkilovun yaradıcılq gecəsi keçiriləcək

Tarzən Həmid Vəkilovun yaradıcılq gecəsi keçiriləcək Konsert proqramı yanvarın 15-də Filarmoniyada baş tutacaq
İncəsənət
7 Yanvar , 2016 11:17
Tarzən Həmid Vəkilovun yaradıcılq gecəsi keçiriləcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış tarzən, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həmid Vəkilovun yaradıcılıq gecəsi keçiriləcək.

Filarmoniyadan "Report"a verilən məlumata görə, yaradıcılıq gecəsi yanvarın 15-də baş tutacaq. 

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək.

Yaradıcılıq gecəsində əməkdar artistlər Sahib Paşazadə (tar), Anar Şuşalı( vokal) musiqiçilər Pərviz Əlikramoğlu (tütək), Aslan Məhərrəmov (tar), Şəhriyar İmanov (tar), Samirə Cəlilova (tar) və başqları səhnəyə çıxacaq.

Qeyd edək ki, Həmid Vəkilov 1949-cu ildə Bakının Binəqədi kəndində müəllim ailəsində anadan olub. O, erkən yaşlarından musiqiyə maraq göstərib. Əhsən Dadaşov, Sərvər İbrahimov, Rəhilə Kərimova kimi ustad tarzənlərdən tar sənətinin incəliklərini, klassik musiqi xəzinəsindən olan əsərləri, eləcə də ulu muğam sənətinin nümunələrini həvəslə öyrənib və bu günə qədər yaradıcılığında tətbiq etməklə məşğuldur.

Son xəbərlər

Orphus sistemi