Tanınmış opera müğənnisi vəfat edib

Tanınmış opera müğənnisi vəfat edib Nikolay Qedda 1925-ci ildə Stokholmda anadan olub
İncəsənət
2039
11 Fevral , 2017 01:46
Tanınmış opera müğənnisi vəfat edib

Bakı. 11 fevral. REPORT.AZ/ İsveçdə Rusiya əsilli məşhur tenor Nikolay Qedda 92 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "France Musique" məlumat yayıb.

Onun repertuarında 70 rol var idi. Müğənnini XX əsrin ən böyük tenorlarından biri adlandırırlar.

Nikolay Qedda 1925-ci ildə Stokholmda dünyaya gəlib. Onun anası İsveç, atası isə rus köklərinə malik olub.

Son xəbərlər

Orphus sistemi