Tanınmış cazmen Mahnı Teatrında konsert verəcək

Tanınmış cazmen Mahnı Teatrında konsert verəcək Cəmil Əmirov konsert proqramı ilə çıxış edəcək
İncəsənət
8 Oktyabr , 2015 16:35
Tanınmış cazmen Mahnı Teatrında konsert verəcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Tanınmış bəstəkar, cazmen Cəmil Əmirov oktyabrın 28-də Rəşid Behbudov adına Mahnı Teatrında konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçiriləcək.

Konsertdə Cəmil Əmirovun bəstələri, caz kompozisiyaları səsləndiriləcək.

Xatırladaq ki, Cəmil Əmirov 1957-ci ildə Bakıda, görkəmli bəstəkar Fikrət Əmirovun ailəsində dünyaya gəlib.

Son xəbərlər

Orphus sistemi