Tanınmış britaniyalı aktyor vəfat edib

Tanınmış britaniyalı aktyor vəfat edib
İncəsənət
206
19 İyun , 2020 17:09
Tanınmış britaniyalı aktyor vəfat edib

Böyük Britaniyanın tanınmış aktyoru İen Holm 88 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri ulduz aktyorun agentinə istinadən məlumat yayıb.

Agentin sözlərinə görə, parkinson xəstəsi olan Holm hospitalda keçinib.

“Cazibədar, mehriban və inanılmaz dərəcədə istedadlı şəxs. Onun üçün darıxacağıq”, - aktyorun nümayəndəsi bildirib.

Qeyd edək ki, İen Holm karyerası boyunca bir neçə yaddaqalan obraz yaradıb. “Üzüklərin hökmdarı” və “Hobbit” trilogiyalarındakı Bilbo Beggins obrazı belələrindəndir. O eyni zamanda Ridli Skottun “Gəlmə” filmində android rolunu canlandırıb.

Aktyorluq karyerasının əvvəlində teatr səhnəsində parlayan İen Holm 1965-ci ildə V Henri roluna görə “Evening Standard” mükafatına layiq görülüb.