Tanınmış amerikalı müğənni vəfat edib 

Tanınmış amerikalı müğənni vəfat edib  Tanınmış amerikalı müğənni və aktrisa Sara Daş 76 yaşında vəfat edib.
İncəsənət
21 Sentyabr , 2021 16:54
Tanınmış amerikalı müğənni vəfat edib 
Patti LaBelle

Tanınmış amerikalı müğənni və aktrisa Sara Daş 76 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "Labelle" qrupunun üzvü Patti LaBelle məlumat verib.

"Şənbə günü səhnədə bir yerdəydik, bu, çox xüsusi bir an idi. Onun yoxluğu mənim üçün ürək ağrısıdır, ancaq Saranın ruhu yaşayacaq", - o bildirib.

Qeyd edək ki, S.Daş 1945-ci il avqustun 18-də ABŞ-ın Trenton şəhərində doğulub. Müğənni ABŞ-ın məşhur qrupu "Labelle"nin qurucularındandır. Qrupun "Lady Marmalade" ifası 1975-ci ildə ABŞ-ın "Billboard" siyahısında bir nömrə olub.

İngilis versiyası Famous US singer passes away

Son xəbərlər

Orphus sistemi