"Hababam sınıfı"nın məşhur aktyoru iflic olub

"Hababam sınıfı"nın məşhur aktyoru iflic olub Türk aktyorunun vəziyyəti pisləşib
İncəsənət
23 Dekabr , 2014 12:20
Hababam sınıfının məşhur aktyoru iflic olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Türk filmlərində yaratdığı komik, məzəli rollarla tamaşaçıların sevimlisinə çevrilən tanınmış aktyor Halit Akçatepenin vəziyyəti pisləşib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bir həftədir müalicə aldığı xəstəxanada aparılan müalicələrə baxmayaraq, iflic olub.

Həkimlər aktyorun iflic olmasının səbəbini beyin damarlarında yaranan tutulma ilə izah ediblər. Hazırda Halit Akçatepenin bədəninin sağ tərəfi hərəkətsiz qalıb.

Aktyorun orqanizminin aparılan müalicələrə cavab vermədiyini deyiblər və bunu 76 yaşlı komediya aktyorunun yaşı ilə əlaqələndiriblər. Hazırda Halit Akçatepe çətinliklə gəzir və nitqində problemlər yaranıb.

Xatırladaq ki, Halit Akçatepe türk kinosunda saysız-hesabsız filmlərdə əsas və ikinci dərəcəli rolların ustad ifaçısı olub. Aktyora məşhurluq gətirən filmi isə "Hababam sınıfı"nda yaratdığı "Güdük Nəcmi" obrazı olub.


Son xəbərlər

Orphus sistemi