"Şuşalı şəhid" adlı film çəkilir

"Şuşalı şəhid" adlı film çəkilir Film Milli Qəhrəman Ramiz Qəmbərova həsr olunub
İncəsənət
23 Yanvar , 2015 14:02
Şuşalı şəhid adlı film çəkilir

Bakı.23 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyasında yeni filmin istehsalı başa çatmaq üzrədir.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.
R.Qəmbərovla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açılır.

Qeyd edək ki, "Milli Qəhrəmanlar" silsiləsindən çəkilib, ərsəyə gətirilən iyirmi sənədli film artıq hazırdır. On beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir.

Son xəbərlər

Orphus sistemi