Şuşa Teatrı mövsümü premyera ilə açacaq

Şuşa Teatrı mövsümü premyera ilə açacaq Şuşa Dövlət Musiqili Dram Teatrı 148-ci mövsümü oktyabrın 9-u saat 12:00-da Xanımana Əlibəylinin uşaqlar üçün yazdığı “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq.
İncəsənət
301
7 Oktyabr , 2021 16:35
Şuşa Teatrı mövsümü premyera ilə açacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı 148-ci mövsümü oktyabrın 9-u saat 12:00-da Xanımana Əlibəylinin uşaqlar üçün yazdığı “Dovşanın ad günü” tamaşasının premyerası ilə açacaq.

Bu barədə "Report"a Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini, əməkdar artist Azad Məmmədov məlumat verib.

Bildirilib ki, həmin gün saat 19:00-da isə Altay Məmmədovun “Dəli Domrul” tamaşası oynanılacaq.

“Dovşanın ad günü” səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Tamaşada rolları Ayşən Mirzəyeva, Məmmədova Gülarə, Günel İmanova, Sevinc Ağayeva, Təranə Əliyeva, Mir Qabil Əkbərov və Nihad Heybətov oynayacaq.

“Dəli Domrul” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Səhnə əsərində rolları Əməkdar artist Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Zəhra Salayeva, Mobil Qurbanov, Hamlet Qənbərov və Emin Sevdiməliyev ifa edəcəklər.

Son xəbərlər

Orphus sistemi