Bakı. 14 iyun. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrında "Burdan min atlı keçdi" adlı yeni tamaşanın premyerası keçirilib.
"Report" xəbər verir ki, yazıçı Hidayətin əsəri əsasında hazırlanan tamaşanın rejissoru əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. F.Məhərrəmov Sumqayıt Dövlət Dram Teatrının baş rejissorudur.
Əsas rolları, xalq artisti Məzahir Süleymanov, əməkdar artistlər Namis Şirməmmədov, Rauf Ağakişiyev, İzaməddin Bağırov, Vidadi Məmmədov, Yalçın Səlimov, Akif Mirzəyev, İlham Səfərli və bu tamaşa üçün məxsusi dəvət edilən aktyor Nazir Rüstəmov ifa edib.
Xatırladaq ki, iyunun sonunadək Sumqayıt Dövlət Dram Teatrının növbəti yeni tamaşasının premyerası olacaq.