Sumqayıt teatrında “Cəsur dərzi” tamaşasına baxış olub

Sumqayıt teatrında “Cəsur dərzi” tamaşasına baxış olub Tamaşanın premyerası noyabrın 6-da keçiriləcək
İncəsənət
194
2 Noyabr , 2015 11:46
Sumqayıt teatrında “Cəsur dərzi” tamaşasına baxış olub

Bakı. 2 noyabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrında Qrimm qardaşlarının nağılları əsasında səhnələşdirilən “Cəsur dərzi” tamaşasına daxili baxışı keçirilib.

Sumqayıt teatrının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşanın quruluşcu rejissoru Vasif Məmmədovdur. 

Tamaşanın sujet xəttində ədalətsizliyə qarşı ağılla mübarizə və qəti qələbə dayanır. Belə ki, uzaq bir ölkədə vəhşi məxluqların tutduğu divanın qarşısında hər kəs aciz qalır. Yalnız cəsarətli gənc dərzi öz ağlı ilə insanları bu bəladan qurtara bilir.

Rollarda əməkdar artist Ulduzə Nəsir, aktyorlar İlqar İbrahimov, İlham Səfərli, İlahə Səfərova ilə yanaşı, teatrın nəznində fəaliyyət göstərən aktyor studiyasının üzvləri də epizodik rollarda çıxış edir.

Daxili baxışdan sonra keçirilən müzakirədə teatrın direktoru İslam Həsənov, baş rejissor əməkdar artist Firudin Məhərrəmov, əməkdar artist İzaməddin Bağırov, Fəranə Musayeva, baş rejissorun truppa üzrə köməkçisi Zöhrəli Əliyev çıxış edib.

Ümumilikdə bu nağıl-tamaşanın sumqayıtlı uşaqlara maraqlı hədiyyə olacağı bildirilib və tamaşada olan qüsurlardan da, danışılıb. Tamaşada çatışmayan cəhətlərin düzəldilməsi quruluşçu rejissora tövsiyyə olunub.

Xatırladırıq ki, "Cəsur dərzi" tamaşasının premyerası noyabrın 6-da olacaq.

Son xəbərlər

Orphus sistemi