Sumqayıt Dövlət Dram Teatrı 47-ci mövsümü "Hacı Qara" tamaşası ilə bağlayacaq

Sumqayıt Dövlət Dram Teatrı 47-ci mövsümü "Hacı Qara" tamaşası ilə bağlayacaq Tamaşa iyulun 15-də Sumqayıt Mədəniyyət evində olacaq
İncəsənət
276
28 İyun , 2016 21:13
Sumqayıt Dövlət Dram Teatrı 47-ci mövsümü Hacı Qara tamaşası ilə bağlayacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı 47-ci mövsümün bağlanışına hazırlaşır.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ötən mövsüm bir-birindən maraqlı tamaşalar ərsəyə gətirən Sumqayıt Teatrı bütün sosial təbəqələr və yaş qruplarını nəzərə alıb. Sumqayıt Dövlət Dram Teatrı 47-ci teatr mövsümünü M.F.Axundovun “Hacı Qara” komediyası ilə bağlayacaq. Mövsümün son tamaşası iyulun 15-də Sumqayıt Mədəniyyət evində (keçmiş Nizami kinoteatrında) olacaq.

Son xəbərlər

Orphus sistemi