Su İdmanı Sarayında “Ulduzlarla çimərlik voleybolu” layihəsi keçiriləcək

Su İdmanı Sarayında “Ulduzlarla çimərlik voleybolu” layihəsi keçiriləcək Azərbaycan estradasının tanınmış müğənniləri tədbirdə konsert proqramı ilə çıxış edəcəklər
İncəsənət
15 Sentyabr , 2017 20:31
Su İdmanı Sarayında “Ulduzlarla çimərlik voleybolu”   layihəsi keçiriləcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Su İdmanı Sarayında Azərbaycan Voleybol Federasiyası, Su İdmanı Sarayı və "Mədəniyyət" telekanalının birgə layihəsi olan “Ulduzlarla çimərlik voleybolu” keçiriləcək. 

"Report"un məlumatına görə, sentyabrın 19-da saat 19:00-da baş tutacaq layihəyə Xəyyam Mustafazadə, Zamiq Hüseynov, Fuad Musayev, Azad Şabanov, Sərxan Bünyadzadə, Mirələm Mirələmov ulduz oyunçu kimi qatılacaqlar. Azərbaycan estradasının tanınmış müğənniləri Manana Caparidze, Samira Allahverdi, Sevda Yəhyayeva və digərləri tədbirdə konsert proqramı ilə iştirak edəcək. 

Bu il iki yaşını qeyd edən Su İdmanı Sarayı ən müasir texnologiya və standartlara uyğun olaraq inşa edilib, qısa müddət ərzində respublikada idmanın inkişafına böyük təkan verib. 2500 kvadratmetr ümumi əraziyə malik kompleksdə müxtəlif idman növləri ilə məşğul olmaq imkanı yaradılıb. Bu imkandan həm peşəkar idmançılar, həm həvəskarlar, həm də uşaqlar yararlana bilər. 

Tədbirə hər kəs dəvətlidir. 

Biletləri iticket.az, Su İdmanı Sarayı, şəhərin mərkəzi kassaları və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi