Silvester Stallone və Mel Gipsonu səsləndirən aktyor vəfat edib

Silvester Stallone və Mel Gipsonu səsləndirən aktyor vəfat edib Bakı. 27 dekabr. REPORT.AZ/ Sovet və Rusiya aktyoru, dublyaj ustası Dmitri Matveyev dekabrın 25-də 65 yaşında vəfat edib.
İncəsənət
100
27 Dekabr , 2018 05:56
Silvester Stallone və Mel Gipsonu səsləndirən aktyor vəfat edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Sovet və Rusiya aktyoru, dublyaj ustası Dmitri Matveyev dekabrın 25-də 65 yaşında vəfat edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə aktyorun dostu Oleq Xartulari öz "Facebook" səhifəsində yazıb.

"Əlvida, Dmitri Nikolayeviç! Mənim əziz tərəfdaşım və böyük dostum. Yerin Cənnət olsun, görüşənədək!", - deyə Xartulari yazıb.

Dmitri Matveyev Vin Dizel, Silvestr Stallone Mel Gibson kimi məşhur əcnəbi aktyorları səsləndirib. Xüsusilə "Ulduz müharibələri: 4-cü epizod – Yeni ümid" filmində Dart Veyder, "Sıravi Raynı xilas etməli" filmindən sıravi Kaparzonu, "Ölümcül silah - 4" filmindən Martin Riqqz kimi kino personajları onun səsi ilə "danışır". Matveyevin sonuncu işi "Qravitasiya" filmi olub. Aktyor burada Corc Klunini səsləndirib.

Son xəbərlər

Orphus sistemi