Stallone Kann kinofestivalında "Rembo-V" filmini təqdim edəcək

Stallone Kann kinofestivalında "Rembo-V" filmini təqdim edəcək Amerika aktyoru Silvestr Stallone Rembo V: Sonuncu qan filmini təqdim etmək üçün 72-ci Kann kinofestivalına gəlmək niyyətindədir.
İncəsənət
9 May , 2019 07:53
Stallone Kann kinofestivalında Rembo-V filmini təqdim edəcək

Amerika aktyoru Silvestr Stallone "Rembo V: Sonuncu qan" filmini təqdim etmək üçün 72-ci Kann kinofestivalına gəlmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, Vyetnam müharibəsi veteranı Con Rembo haqqında növbəti filmin çəkilişləri bir neçə aydır başa çatıb.

Stallone ekran əsərinin 24 mayda keçiriləcək xüsusi nümayişində iştirak etməyə hazırlaşır.

"Aktyor ekranlara növbəti payızda qayıdacaq: Silvestr Stallone yenidən Con Rembo rolunu canlandıracaq", — deyə festival təşkilatçıları bildiriblər.

Son xəbərlər

Orphus sistemi