SSRİ xalq artisti Oleq Tabakov vəfat edib

SSRİ xalq artisti Oleq Tabakov vəfat edib Artist hələ 2017-ci ilin noyabr ayından xəstəxanaya yerləşdirilmişdi
İncəsənət
12 Mart , 2018 17:48
SSRİ xalq artisti Oleq Tabakov vəfat edib

Bakı. 12 mart. REPORT.AZ/ SSRİ xalq artisti, Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbəri Oleq Tabakov 82 yaşında Moskvada vəfat edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Teatrın Mətbuat xidmətindən aktyorun ölüm xəbərini təsdiq ediblər.

Qeyd edək ki, artist hələ 2017-ci ilin noyabr ayından xəstəxanaya yerləşdirilmişdi.

O.Tabakov "Baharın 17 anı", "12 stul", "D`Artanyan və üç muşketyor", "Meri Poppins, əlvida!", "Kuputsinov bulvarının adamı" və s. məşhur filmlərdə çəkilib.

Son xəbərlər

Orphus sistemi