Şri-lankalı məşhur bəstəkar koronavirusdan vəfat edib

Şri-lankalı məşhur bəstəkar koronavirusdan vəfat edib Şri-Lankanın məşhur vokalisti və bəstəkarı Sunil Perera sentyabrın 6-da 68 yaşında dünyasını dəyişib.
İncəsənət
146
6 Sentyabr , 2021 12:30
Şri-lankalı məşhur bəstəkar koronavirusdan vəfat edib
Sunil Perera

Şri-Lankanın məşhur vokalisti və bəstəkarı Sunil Perera sentyabrın 6-da 68 yaşında dünyasını dəyişib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə musiqiçinin ailəsindən bildirilib.

S.Pereranın koronavirusdan öldüyü ehtimal olunur.

Qeyd edək ki, o, uzun illər "The Gypsies" qrupunda bəstəkar və ifaçı kimi çalışıb və Şri-Lanka üçün unudulmaz mahnılar yazıb.

S.Pereraya 1987-ci ildə yazdığı "Uncle Johnson" mahnısı məşhurluq qazandırıb.

Son xəbərlər

Orphus sistemi