Şövkət Məmmədovanın 120 illik yubileyi qeyd olunacaq

Şövkət Məmmədovanın 120 illik yubileyi qeyd olunacaq Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək
İncəsənət
1920
2 Oktyabr , 2017 13:52
Şövkət Məmmədovanın 120 illik yubileyi qeyd olunacaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında oktyabrın 11-də Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olub.

Qeyd edək ki, Ş.Məmmədova uzun illər Azərbaycan Opera və Balet Teatrının solisti olub və teatrın səhnəsində Nərgiz ("Nərgiz"), Gülzar ("Şah İsmayıl"), Şahsənəm ("Şahsənəm"), Cilda ("Riqoletto"), Violetta ("Traviata"), Rozina ("Sevilya bərbəri") və s. obrazlar yaradıb.

Tamaşada əməkdar artistlər İnarə Babayeva (Violetta), Fərid Əliyev (Alfred), Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor Qrevil), xalq artisti Əli Əsgərov (Markiz d`Obinyi) və gənc solist Nina Makarova (Flora) çıxış edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi