Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyi qeyd olunub

Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyi qeyd olunub Tədbirdə geniş konsert proqramı təqdim edilib
İncəsənət
3 Aprel , 2017 19:32
Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyi qeyd olunub

Bakı. 3 aprel. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyi qeyd olunub.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor xalq artisti Fəxrəddin Kərimovun müşayəti ilə geniş konsert proqramı təqdim ediblər.

Son xəbərlər

Orphus sistemi