ŞHK-nın təsisçilərindən biri dünyasını dəyişib

ŞHK-nın təsisçilərindən biri dünyasını dəyişib Andrey Menşikov 72 yaşında Moskvada vəfat edib
İncəsənət
30 Sentyabr , 2017 18:59
ŞHK-nın təsisçilərindən biri dünyasını dəyişib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Şən və Hazırcavablar Klubunun (ŞHK) təsisçilərindən biri olan şair və yazıçı Andrey Menşikov 72 yaşında Moskvada dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə mərhumun ailə üzvlərinə istinadən "İnterfax" məlumat yayıb.

Menşikov 1960-cı illərdə ŞHK-nın mənbəyində duran şəxslərdən biri olub, Moskva İnşaat Mühəndisləri İnstitutunun komandasına rəhbərlik edib.

Qeyd olunur ki, o, 1986-cı ildə ŞHK-nın yenidən dirçəldilməsinin təşəbbüskarlarından biri olub.

Menşikov yüzdən çox mahnı və şeirin müəllifidir. O, uzun müddət Sovet və Rusiya televiziyasında işləyib.

Son xəbərlər

Orphus sistemi