Şəkidə mədəniyyət bayramı keçiriləcək

Şəkidə mədəniyyət bayramı keçiriləcək "Şəki Türk Dünyasının Mədəniyyət paytaxtıdır" layihəsinin açılışı olacaq
İncəsənət
18 Aprel , 2016 16:24
Şəkidə mədəniyyət bayramı keçiriləcək

Bakı. 18 aprel. REPORT.AZ/ Şəkidə - "Şəki Türk Dünyasının Mədəniyyət paytaxtdır" layihəsinin açılış mərasimi olacaq.

"Report" xəbər verir ki, aprelin 28-də keçiriləcək açılış mərasimində Şəkidə fəaliyyət göstərən mədəniyyət idarələri iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin geniş tərkibdə iştirak edəcəyi tədbirdə Şəki Türk Dünyasının Mədəniyyət paytaxtı kimi təqdim ediləcək.

Xatırladaq ki, TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurası Şəki şəhərini 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edib.

Son xəbərlər

Orphus sistemi