Şəki Teatrı Türkiyəyə qastrola gedəcək

Şəki Teatrı Türkiyəyə qastrola gedəcək Teatr Giresun Teatr Günlərində iştirak edəcək
İncəsənət
13 Aprel , 2016 09:51
Şəki Teatrı Türkiyəyə qastrola gedəcək

Bakı. 13 aprel. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı mayın 8-dən Türkiyənin Giresun şəhərində keçiriləcək "Giresun Teatr Günləri"ndə iştirak edəcək.

Bu barədə "Report"a Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli məlumat verib.

M.Səlimlinin sözlərinə görə, teatr iki həftəyə yaxın Türkiyənin Giresun, Adana, Ankara şəhərlərində görkəmli türk dramaturqu Haldun Dönərin "Və dəyirman dönərdi" tamaşasını nümayiş etdirəcək.

Tamaşa Haldun Dönərin 100 illik yubileyi münasibətilə TÜRKSOY-un təşəbbüsü ilə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi