Bakı. 26 mart. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni tamaşanın premyerasını tamaşaçılara təqdim edir.
"Report" xəbər verir ki, martın 27-də teatrın səhnəsində "Oğru" tamaşası nümayiş ediləcək.
Tamaşanın müəllifi Əhməd Orucoğludur. Əsərə Əbülfət Salahov quruluş verib. Əsas rolları Xanlar Həşimzadə, İqrar Salamov, Çinarə Səmədova və başqaları ifa edir. Şəki Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.
Tamaşa Beynəlxalq Teatr Günündə martın 27-də teatrsevərlərə təqdim ediləcək.
Qeyd edək ki, bu günlərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb.