Şəki Dövlət Dram Teatrı Türkiyədə keçirilən festivalda iştirak edib

Şəki Dövlət Dram Teatrı Türkiyədə keçirilən festivalda iştirak edib Şəki Teatrı festivalda Molyerin "Xəsis" komediyasını təqdim edib
İncəsənət
1362
25 İyun , 2015 11:31
Şəki Dövlət Dram Teatrı Türkiyədə keçirilən festivalda iştirak edib

Bakı. 25 iyun. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Tükiyənin Konya və Giresun şəhərlərində kecirilən türkdilli xalqların beynəlxalq teatr festivalında iştirak edib. 

"Report" xəbər verir ki, Şəki Teatrı festivalda J.B.Molyerin "Xəsis" komediyasını təqdim edib.

Tamaşa Türkiyə səhnəsində uğurla nümayiş etdirilib və "Xəsis" komediyası festivalın ən yaxşı tamaşası kimi qəbul olunub.

Qeyd edək ki, "Xəsis" komediyasının quruluşçu rejissoru, Şəki Teatrının baş rejissoru Mirbala Səlimli, tamaşanın rəssamı, əməkdar rəssam Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatov və Mirbala Səlimlidir.

Tamaşada əsas rolları Əbülfət Salahov, Xanlar Həşimzadə, Aydın Əlibalayev, Çingiz Novruzəliyev, Akif Yusifov, Rəşad Əsgərov, Rəhim Qocayev, Pərviz İsmayılov, Sima Şabanova və başqaları oynayır.  

Son xəbərlər

Orphus sistemi