"Səhranın ağ günəşi" filminin qadın qəhrəmanı qarət olunub

"Səhranın ağ günəşi" filminin qadın qəhrəmanı qarət olunub Naməlum şəxs aktrisanın 45 min rubl pulunu mənimsəyib
İncəsənət
27 fevral 2017 18:18
Səhranın ağ günəşi filminin qadın qəhrəmanı qarət olunub

Bakı. 27 fevral. REPORT.AZ/ "Səhranın ağ günəşi" filmində Vereşaqinin həyat yoldaşı obrazını canlandıran aktrisa Raisa Kurkina dələduzların qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən REN-TV telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, fevralın 22-də özünü hansısa poliklinikanın baş həkimi kimi təqdim edən kişi 89 yaşlı Kurkinaya zəng edib və aktrisaya ölümcül xəstə olduğunu bildirib. "Baş həkim" deyib ki, bu yaşda əməliyyat mümkün deyil və bunun üçün 690 min rubl dəyərində dərman almaq lazımdır. Kurkina razılaşıb və dələduz onlara gəlib. Qadının üzərində lazımi qədər pul olmayıb və aktrisa ona yalnız 45 min rubl verə bilib. Cani pulu götürərək aradan çıxıb.

Faktla bağlı cinayət işi qaldırılıb, cani asayiş keşikçiləri tərəfindən axtarılır.

Son xəbərlər

Orphus sistemi